Zob xəstəliklərinin təbii yolla müalicəsi varmı?

Zob xəstəliklərinin ümumi tibbi protokollara görə təbii şəkildə hər hansı bir müalicə üsulu mövcud deyildir. Xalq arasında, əhali arasında tətbiq olunan, şəfa verdiyi düşünülən, otlarla, fitoterapiya, qurbağa, kəhraba, zəli və s. bir sıra çox tətbiq olunan müalicə üsulları elmi şəkildə heç bir təsdiqini tapmış deyildir. Bu baxımdan biz, xəstələrə bu cür zaman itkisi etməmələri, sonra ağırlaşıb gəlməmələri üçün həkim mütəxəssis məsləhəti altında tibbdə qəbul olunmuş dünya standartlarına uyğun müalicəni tövsiyə edirik. Təbii şəkildə müalicəsi olsaydı, biz bunu təbii ki, xəstələrdən daha öncə bilər və tətbiq edərik. Ona görə bu cür hallarla vaxtlarını itirmələrini istəmirik.

Digər məqalələr

© 2024 · Tiroid.org · Layihə Dr.Hidayət Məmmədzadə üçün BERC Creative komandası tərəfindən yaradılıb.