Biz zob xəstələrinə dərmanları adətən iki qrupa veririk. Daha çox əhaliyə hormon yetərsizliyi olan hipotireodizm xəstəliyində əvəzedici hormonal terapiya kimi verdiyimiz dərmanı sabah saatlarında qəbul etməyi tövsiyə edirik. Çünki səhər saatlarında hormonlara çox ehtiyacımız olur. Bu verdiyimiz dərman bədəndə olan hormonun sintetik analoqudur. Səhər saatlarında ac olaraq qəbul edilməlidir. Bir məqamı da qeyd etməliyəm ki, yanaşı olaraq digər mədə qoruyucu vitaminlər, kalsium tərkibli dəmir preparatları qəbul edən xəstələrimizdə zob dərmanı ilə digər dərmanlar arasında dörd saat fasilə verilməyi unudulmamalıdır. Bir məsələ də, Ramazan ayında pasiyentlər bizə daha çox sual verir. Həmin dərmanı yeməkdən yarım saat qabaq, yəni sahurdan yarım saat qabaq bir stəkan su ilə içilməsinə diqqət etməyi tövsiyə edirik.